17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi 1-4 fevral tarixlərində Milli Komandaların Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışı keçəcək.

Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-17 fevralın 5-dən 10-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində baş tutacaq hazırlıq çərçivəsində 2 yoxlama oyunu keçirəcək.

Millimiz fevralın 7-də və 10-da Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək. BƏƏ Futbol Akademiyasında təşkil olunacaq hər iki matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Komandamıza dəvət edilən futbolçular bunlardır: Firuzə Bayramova (“Dinamo Balakən”), Nərgiz Ağaliyeva, Arzu Cəfərova, Bədriyyə Mövludova, Ayan Abdiyeva (hamısı “Şəfa”), Aydan Abdullayeva, Xədicə Rəhimova (hər ikisi “Təhsil 8 İOEUGİM”), Məryəm Səmədli (“Səbail”), Xanım Əsədova, Ayşən Salamzadə, Səma Əsədova, Aylin Kərimova (hamısı “Neftçi”), Aysu Əsədova, Məhsumə Vahabzadə (hər ikisi “Sabah”), Şəhanə Mirzəliyeva, Könül Hüseynova (hər ikisi “Mingəçevir”), Suel Polikarpova, Elmira Hüseynova (hər ikisi “Ulduz”), Sara Səlimova (“Gömrükçü”), Naidə Məmmədova (“Zaqatala City”).

Shares: