“Sumqayıt” növbəti qış transferini açıqlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Kimyaçılar” Ronaldo Vaskeslə heyətlərini gücləndiriblər. Dominikan Respublikasından olan oyunçu ilk dəfə Amerika qitəsini tərk edir.

25 yaşlı hücumçunun son klubu Boliviyanın “Quabira”sı olub. 2018-24-cü illərdə vətənində “Atletiko Pantoja”da çıxış etmiş forvard “Quabira”ya ötən ilin yanvarında azad agent kimi keçib.

Adı Ronaldo olsa da, dominikanalı oyunçu məşhur adaşlarından fərqli olaraq karyerası ərzində 110 oyuna çıxaraq cəmi 20 qol vurub və 7 qolun ötürməsini edib. O, bunu 7 il ərzində bacarıb.

Shares: