Yevlaxda 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan minifutbol üzrə rayon turniri keçirilib. Yarış 12 və 13 yaşlı futbolçular arasında təşkil olunub.

6 komanda qalib adı uğrunda mübarizə aparıb və yarışın sonunda ilk üç yeri tutan komandalar müəyyənləşib.

I yer: “Ulduzordu” (Ağdaş)

II yer: “Ulduzlar” (Mingəçevir)

III yer: UGİM (Yevlax)

Qaliblər Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi tərəfindən təsis edilən kubok, diplom və  medallarla təltif olunublar.

BƏHRUZ MUSAYEV

Shares: