Basketbol üzrə Avroliqa turnirində bir oyun baş tutub. Fransanın paytaxtında “Paris” klubu “Fənərbağça”nı qəbul edib.

Qeyd edək ki, bu, 17-ci turdan təxirə salınmış oyun olub. Fransa komandasının heyətində bir neçə basketbolçunun zədələnməsinə görə yanvarda keçirilməli oyun təxirə salınmışdı.

Qarşılaşma gözlənildiyi kimi gərgin alınıb. Turnir cədvəlində ikinci olan “Fənərbağça” ötən cümə səfərdə “Makkabi”yə məğlub olmuşdu. İstanbul klubu ardıcıl ikinci dəfə məğlub olmaq fikrində olmadığını sübut edib və çətin qələbə qazanıb – 86:83.

Hazırda turnir cədvəlində lider “Olimpiakos” komandasıdır. Yunanların aktivində 20 qələbə var. “Fənərbağça” liderdən iki qələbə geri qalır.

Shares: