İlin ilk “Masters” turniri olan “İndian Vels”in püşkü atılıb. Buna əsasən ¼ finalda Karlos Alkarasla Novak Cokoviçin qarşılaşması mümkündür. Sonuncu dəfə bu iki tennisçi Avstraliyada üz-üzə gəlmiş və Cokoviç qələbə qazanmışdı.
Qeyd edək ki, Yannik Sinner cəzalı olduğuna görə turnirin bir nömrəsi Karlos Alkarasdır. Onun turnirdəki mümkün rəqibləri Nik Kirios və Andrey Rublyov ola bilər.
Bu il turnirin mükafat fondu keçən ilki ilə müqayisədə 7 faiz artıb və 19 milyon ABŞ dolları təşkil edir. Həm qadınlar, həm də kişilərdə çempion 1 milyon 100 min dollar qazanacaq.