Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 14-cü tura bu gün yekun vurulacaq.
Futbolinfo.az xəbər verir ki, son olaraq iki qarşılaşma təşkil ediləcək.
“Abşeron” “Azərreyl”lə, “Milli Aviasiya Akademiyası” “Murov Az Terminal”la üz-üzə gələcək. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzindəki matçlar müvafiq olaraq saat 16:00 və 18:00-da start götürəcək.
Qeyd edək ki, turun martın 1-də baş tutan oyununda “Gəncə” UNEC-i məğlub edib – 3:0.