Tanınmış “Autoracer” nəşri Bəhreyndə keçirilən mövsümöncəsi sınaqlardan sonra Formula 1 komandalarının reytinq cədvəlini təqdim edib. Nəşrin jurnalistləri əsas favorit kimi “McLaren”i görürlər . Ona əsas rəqib isə İtaliyanın “Ferrari” komandası sayılır.

Nəşrin məlumatına görə, “Red Bull” və “Mercedes” mütəmadi olaraq podium uğrunda mübarizə aparacaq. “Haas”, “Williams” və “Alpin” kimi komandalar peletonun ortasında əsas rəqib olacaq.

Nəhayət, “Aston Martin” və “Racing Bulls” bəzi hallarda orta qrupda mübarizə apara biləcək gücdə olan komandalar kimi göstərilib. Çempionatın ən zəif komandası isə “Kick-Sauber”dir.

Shares: