Jeremi Frimponq İspaniya nəhənglərindən birində çıxış etmək istəyir. “Bayer”in Qana əsilli niderlandlı futbolçusu yayda “Barselona” və “Real” arsında seçim edəcək.

Futbolinfo.az xəbər verir ki, sağ cinah müdafiəçisinə İngiltərə klublarında bir neçə təklif var. Lakin o, La Liqada oynamağı hədəfləyib. Premyer Liqanı bəyənməyən 24 yaşlı oyunçu İspaniyanı özü üçün daha doğru ölkə sayır.

4 il öncə qışda “Seltik”dən 11 milyon avroya transfer olunmuş Frimponqun Leverkuzen klubu ilə müqaviləsi 2028-ci ilin yayında başa çatacaq. Onun hazırkı transfer dəyəri 50 milyon avrodur. “Barselona” Jeremiyə maraq göstərir, amma “Real” bu keçidi daha çox istəyir.

Shares: