Avstraliyalı sürücü Oskar Piastri “McLaren” ilə yeni müqavilənin şərtlərinə əsasən ildə 20 milyon funt-sterlinq (təxminən 25,8 milyon dollar) alacaq. Bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
Tərəflər müqaviləni 2028-ci ilin sonuna qədər uzadıblar. Əvvəlki müqavilə 2026-cı ilin sonuna qədər qüvvədə idi.
Piastri 2023-cü ildən “McLaren” sürücüsüdür. Çempionatın son mövsümündə avstraliyalı 292 xal toplayaraq ümumi sürücülər sıralamasında dördüncü yeri tutub. Onun komanda yoldaşı Lando Norris ikinci olub (374 xal). Çempion isə məlum olduğu kimi “Red Bull”u təmsil edən Maks Ferstappendir.
Əlavə edək ki, yeni mövsümə bu həftənin sonunda Avstraliyada start veriləcək.