“Barselona” Rafinyanı heyətdə saxlamaq üçün ona daha yüksək maaşlı yeni müqavilə təklif edəcək. Braziliyalının parlaq oyunu ilə diqqətləri cəlb etməsi İspaniya nəhəngini buna məcbur edir.
Futbolinfo.az xəbər verir ki, cinah hücumçusu vaxtilə çıxış etdiyi İngiltərədə xüsusilə diqqət çəkib. “Arsenal”ın baş məşqçisi Mikel Arteta Rafinyanın oyun üslubunu bəyənənlərdəndir. Amma londonlular çətin ki, transfer mübarizəsində üstün gəlsin. Çünki “Mançester Yunayted” bu keçid üçün daha böyük məbləğ təklif etmək niyyətindədir. “Liverpul” isə müqavləsi bitən Məhəmməd Salahı məhz onunla əvəzləmək niyyətindədir.
Rafinya 2022-ci ilin yazında “Lids”dən 58 milyon avroya transfer edilib. 2027-ci ilin yayınadək müqaviləsi olan 28 yaşlı hücumçunun hazırkı bazar dəyəri 80 milyon avrodur. “Barselona” isə onu ümumiyyətlə, satmaq istəmir.