“Sadəcə, o, rusdilli olduğu üçün dediyi sözlər fərqli başa düşüldü və hakim də bunu yanlış anladı”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Hypers Guba”nın prezidenti Ayaz Abdullayev deyib. O, AFFA tərəfindən 4 oyunluq cəzası 2 oyuna endirilən futbolçuları Ruslan Qurbanov haqda danışarkən bu fikirləri bildirib.

Abdullayev qərarı müsbət dəyərləndirib: “Şikayətimizin dəyərləndirilməsinə görə AFFA İntizam Komitəsinə təşəkkür edirik. Ruslanın cəzasının yüngülləşdirilməsinin komandamıza böyük kömək olacaq, çünki hücum xəttimizdə problemlər var idi. İnşallah, bu problemlər aradan qaldırılacaq. Buna baxmayaraq, Qurbanov klub daxilində də cərimələnib. Düşünürük ki, sınaq müddəti ərzində və gələcəkdə bir daha belə bir hal yaşanmayacaq”.

Xatırladaq ki, Ruslan Qurbanov 1-ci Liqanın 14-cü turunda “Şəmkir”lə oyunda hakimi təhqir etdiyi üçün cəzalanmışdı. O, 6 mart 2025-ci ildən etibarən üç aylıq sınaq müddətinə cəlb olunacaq. Bundan əlavə, klub 300 manat məbləğində cərimələnib.

GÜNAY SÜLEYMANOVA

Shares: