Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin daha bir oyunu keçiriləcək.

“Neftçi” “Abşeron Lions”la üz-üzə gələcək. Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma saat 14:00-da start götürəcək.

İlk görüşdə “Abşeron Lions” 95:89 hesabı ilə qələbə qazanıb. Yarımfinalda iki qalibiyyətə çatan kollektiv finala yüksələcək.

Bu duelin güclüsü finalda “Sabah”a rəqib olacaq.

Shares: