Almaniya ikinci Bundesliqasında 32-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, milli komandamızın hücumçusu Mahir Emrelinin də formasını geydiyi “Kayzerslautern” səfərdə “Dinamo Drezden”in qonağı olub.

Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0.

Qeyd edək ki, Mahir Emreli bu matçın iştirak ərizəsinə daxil edilməyib.

Bu məğlubiyyətdən sonra əvvəlki kimi 46 xalda qalan “Kayzerslautern” 7-ci pillədə qərarlaşıb.

Shares: