“Neftçi”nin ardınca “Qarabağ” da FIFA-nın transfer qadağasına məruz qalıb. Ağdamlılar növbəti 3 transfer pəncərəsində yeni oyunçu ala bilməyəcək.

Adətən hansısa transferin ödənişi gecikəndə FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salır və transfer qadağası gəlir. Lakin “Neftçi” nümunəsi göstərdi ki, problem aradan qaldırlan kimi cəza da ləğv olunur.

Maraqlıdır ki, “Qarabağ” da cəzanın hansı səbəbdən tətbiq olunduğunu bilmir. Klubdan aldığımız məlumata görə, heç bir maliyyə yubanması yoxdur. FIFA-dan klubla heç bir rəsmi məktub daxil olmayıb, əksinə, ağdamlılar qadağanın səbəbini öyrənmək üçün quruma müraciət edib.

“Qarabağ” məsələyə yeni həftənin ilk iş günündə aydınlıq gələcəyinə ümid edir.

683544984 976139001948841 2621328458650092410 n - Futbolinfo.az
Shares: