Azərbaycan milli komandası Qazaxıstanın paytaxtı Astanada keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirini bir medalla başa vurub.
Futbolinfo.az xəbər verir ki, Uşanqi Kokauri (+100 kq) final görüşündə ikiqat dünya çempionu İnal Tasoyevə məğlub olaraq gümüş medala layiq görülüb.
Xatırladaq ki, Kokauri bir həftə əvvəl Düşənbə “Böyük Dəbilqə”sində də bürünc mükafat qazanmışdı.






