“Böyük dəbilqə” seriyalı turnirlərin dördqat çempionu və dünya reytinqinin lideri Yannik Sinner, 1990-cı ildə hazırkı formatın yaranmasından bəri torpaq kortlarda “Masters” turnirlərdə qələbə faizinə görə dördüncü yerə yüksəlib.

Sinner İtaliyanın Roma şəhərində keçirilən turnirin 1/16 finalında avstraliyalı Aleksey Popyrini 6:2, 6:0 hesabı ilə məğlub edib. “Opta Ace”nin məlumatına görə, bu matç Sinnerin torpaqda keçirilən “Masters” turnirlərində qələbə faizini 78,2%-ə (43:12) çatdırıb. O, Novak Cokoviçi arxada qoyub.

1990-cı ildən bəri (minimum 20 oyun) torpaq kortlardakı “Masters”lərdə qələbə faizi üzrə liderlər:

Rafael Nadal (İspaniya) – 88,1%.

Karlos Alkaras (İspaniya) – 86,1%.

Gilyermo Koria (Argentina) – 79%.

Yannik Sinner (İtaliya) – 78,2%.

Novak Cokoviç (Serbiya) – 77,8%.

Shares: