“Qarabağ”da bu mövsüm meydana çıxmaq üçün çox az şans qazanan Ramil Şeydayev “Şəfa”ya keçə bilərmiş.

Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, Birinci liqa təmsilçisinin sponsoru olan “MyGroup Holding”in prezidenti Emil İsgəndərovun müavinlərindən biri onun keçidini həll etmək istəyib. O, Ramil Şeydayevlə yaxın dost olub və ortaq biznes sahibidirlər.

Forvardın ondan xahişindən sonra şirkət rəsmisi bu məsələni həll etmək niyyətində olub. Lakin komandanın baş məşqçisi Elgiz Kərəmi bu keçidə mane olub. O, bildirib ki, Şeydayev “Qarabağ”da şans qazanmır, oyun təcrübəsi çox aşağıdır və heç bir fayudası olmayacaq. Məhz bundan sonra həmin transferin qarşısı alınıb.

Xatırladaq ki, yeni mövsümdən Premyer Liqada oynayacaq “Şəfa” legionerlərə güvənməmək niyyətindədir. Bu səbəbdən komandanı gücləndirməsi mümkün olan yerli futbolçuların demək olar, hamısına diqqət yetirilir.

Shares: