UFC-də yüngül və yarıyüngül çəkidə keçmiş dünya çempionu Konor Makqreqorun döyüşü Rusiyada təşkil edilə bilər.
“Bu, payız üçün planlaşdırılıb. Onun rəhbərliyi ilə danışıqlar aparılır. Lakin bunlar hələlik yalnız danışıqlardır. Döyüş boksda, yoxsa MMA-da olacaq? İstənilən formatı nəzərdən keçiririk. Bu, xeyli pul deməkdir, amma böyük biznes qurumu tərəfindən ciddi maraq var”, – deyə məlumatda qeyd edilir.
Xatırladaq ki, 3 gün əvvəl UFC Makqreqorun qayıdışını elan edib. İrlandiyalı UFC 329-da amerikalı Maks Hollovey ilə qarşılaşacaq. Döyüş iyulun 12-də Las-Veqasdakı “T-Mobile Arena”da keçiriləcək.
37 yaşlı döyüşçünün son görüşü 2021-ci ilin iyul ayında olub. Həmin döyüşdə ayağını sındıran Konor Dastin Poirierə məğlub olub.






