Minifutbol üzrə Azərbaycan millisi bu gün Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununa çıxacaq. Elşad Quliyevin yetirmələri yarımfinalda Serbiya yığması ilə üz-üzə gələcək.

Qarşılaşma “Tipos Arena”da, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Digər yarımfinal matçında Macarıstan və Ukrayna yığmaları münasibətlərə aydınlıq gətirəcəklər. Bu görüş saat 21:15-də başlayacaq.

Xatırladaq ki, F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən Azərbaycan millisi 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda Çexiyanı (5:2) üstələyib.

Shares: