“İmişli”yə nə vaxt qoşulacağım hələ dəqiq bilinmir. Məşqlər nə vaxt başlasa, mən də o vaxt klubun düşərgəsində olacağam”. Bunu futbolinfo.az saytına açıqlamasında “İmişli”nin futbolçusu Seyxan Fərəcov deyib.
Ötən mövsüm MOİK-in heyətində I Liqanın bombardiri olan 25 yaşlı hücumçu yeni komandası ilə bağlı hazırlıq prosesinin davam etdiyini bildirib. Onun sözlərinə görə, klubla daim əlaqə saxlayır və hər şey plan üzrə gedir: “Hazırda klubla əlaqədəyəm, hər şey plan üzrə gedir. Məşqlər başlayanda mən də komanda ilə birgə olacağam”.
Premyer Liqa klubu ilə 2 illik müqavilə imzalayan Fərəcov qarşıdakı mövsüm üçün hədəflərini də açıqlayıb: “Əsas məqsədim Premyer Liqada özümü sübut edib, milli komandaya dəvət almaqdır”.
Qeyd edək ki, Seyxan Fərəcov 2025/2026 mövsümündə I Liqada 18 qolla bombardir olub. 25 yaşlı futbolçu ötən yay Premyer Liqaya vəsiqə qazanan “İmişli” ilə 2 illik müqavilə imzalayıb.






