Bir neçə gün öncə “Şamaxı”nın baş məşqçisi təyin olunan Azər Bağırovun köməkçilərindən biri müəyyənləşib.

Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, 42 yaşlı mütəxəssisin köməkçilərindən biri Rəşad Hüseynov olacaq.

Hüseynov bu ilin yanvarından 21 yaşadək Azərbaycan millisində Rəşad Eyyubovla birlikdə köməkçi məşqçi kimi çalışır.

Qeyd edək ki, 25 yaşından məşqçilik fəaliyyəti ilə məşğul olan Rəşad Hüseynov müxtəlif illərdə “Rəvan”, “Zirə”, “Sabah” və “Neftçi” klublarında çalışıb. 36 yaşlı mütəxəssis “Sabah” klubunda əsas komandada baş məşqçisinin köməkçisi vəzifəsini də icra edib.

Shares: