“Şamaxı” braziliyalı futbolçusu Sezar Enrike ilə yollarını ayırıb. Bu barədə bölgə təmsilçisindən məlumat verilib.

Klub 25 yaşlı müdafiəçi ilə müddəti bitən müqaviləni yeniləməyib.

Qeyd edək ki, Sezar Enrike ötən yay “Şamaxı”ya Braziliyanın “Caxias” klubundan transfer olunmuşdu.

Shares: