“Mançester Siti” Enrike Rikelmeni məhkəməyə verməyə hazırlaşır. İngilislər hazırlıq prosesinə başlayıb və tezliklə rəsmi addımlar atacaqlar.
Futbolinfo.az xəbər verir ki, buna səbəb “Real” prezidentliyinə namizədin seçki prosesində etdiyi çıxışdır. Rikelme Madrid klubuna rəhbər seçiləcəyi təqdirdə Erlinq Haland və Rodrini İspaniya paytaxtına gətirəcəyinə vəd verib. Onun seçki kampaniyasında adını çəkdiyi hər iki oyunçu isə hazırda “şəhərlilr”ə məxsusdur.
Mançesterlilər hazırda onlarla müqaviləs olan oyunçuların adının bu şəkildə hallandırılmasınıı qaydalara zidd sayır. Bu səbəbdən Rikelme məhkəməyə verilə bilər.






