“Əslində, indiyədək klub üçün etdiklərimə və verdiyim töhfələrə görə mənə daha çox dəyər veriləcəyini və klubun daha böyük səy göstərəcəyini gözləyirdim. Lakin təəssüf ki, hər şey təsəvvür etdiyim kimi olmadı və buna görə də orada oynamaq istəmədim”. Bunu futbolinfo.az saytına açıqlamasında “Araz-Naxçıvan”dan ayrılan braziliyalı futbolçu Felipe Santos deyib.

O, Naxçıvan təmsilçisindən maaşında artım olmadığına görə ayrıldığını bildirib: “Maddi baxımdan düşünürəm ki, mənim kimi həmişə komandaya töhfə vermiş bir oyunçuya kifayət qədər dəyər verilmədi. Amma hər şeyə görə təşəkkür edirəm”.

“Maaşının artırılmağını istəmişdinmi” sualına isə Santos bu cür cavab verib: “”Xeyr, mən heç nə istəməmişdim. Oyundan əvvəlki son gün direktor mənə dedi ki, eyni maaşla daha uzun müddət qalmağımı istəyir. Mən isə buna razı olmadım”.

Shares: