“Şəfa” növbəti həftə yeni təyinatları açıqlayacaq. Bununla da Premyer Liqanın debütantının məşqçilər korpusu tam bəlli olacaq.

Futbolinfo.az xəbər verir ki, dünən baş məşqçi postuna Zaur Həşimovu təyin edən “Şəfa” onunla 3 illik müqavilə imzaladı. Çalışdırıcı isə ona yardım edəcək köməkçiləri müəyyənləşdirib.

Bakılıların məşqçilər heyətini Hacı Əhmədov, Rauf Əliyev və Cəmil Hacıyev təşkil edəcək. Xüsusilə Raufun adı diqqət çəkir. Milli komandamızın sabiq hücumçusu ilk dəfə Premyer Liqa klubunda məşqçi kimi çalışacaq.

Shares: