Peşəkar boks üzrə keçmiş dünya çempionu Vasili Lomaçenko növbəti döyüşü üçün rəqib seçib.

Ukraynalı boksçunun növbəti rəqibi ikinci yarımyüngül çəkidə (59 kq-a qədər) çıxış edən filippinli Çarli Suares (18 qələbə, 0 məğlubiyyət, 10 nokaut) ola bilər.

Qeyd olunur ki, Suaresin artıq qarşıda nəzərdə tutulan döyüşü var. Onun namizədliyinə yalnız həmin qarşılaşmadan qalib ayrılacağı təqdirdə baxılacaq.

38 yaşlı Lomaçenko ikiqat olimpiya çempionudur. O, peşəkar rinqdə debütünü 2013-cü ildə edib. Ukraynalı boksçu 2014-cü ildə yüngül çəkidə (57,2 kq-a qədər) dünya çempionu olub. 2016-cı ildə ikinci yarımyüngül çəkidə çempionluq qazanan Lomaçenko, 2018-ci ildə yüngül çəkidə (61,2 kq-a qədər) bütün kəmərləri birləşdirən dünya çempionu tituluna sahib çıxıb. Vasili 2024-cü ildə isə yenidən yüngül çəkidə dünya çempionu adını qazanıb.

Shares: