“Cenoa”dan ayrılan Ruslan Malinovskinin “Trabzonspor”a keçidi tamamlanıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
Super Liqa nəhəngi 31 yaşlı ukraynalı yarımmüdafiəçi lə 2029-cu ilin yayında kimi müqavilə imzalayıb.
Malinovski 2024-cü ilin yanvarından “Cenoa”da çıxış edirdi. Ukrayna millisinin üzvü 2025/26 mövsümündə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 35 matçda 6 qol vurub və 3 məhsuldar ötürmə edib.






