“Fiorentina” baş məşqçisi Paolo Vanoli ilə yolları ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Florensiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
53 yaşlı mütəxəssisin başa çatan müqaviləsi yenilənməıyib.
“Bənövşəyilər” ötən mövsümü A Seriyasında 15-ci yerdə başa vurublar. Komanda həmçinin Konfrans Liqasının 1/4 finalına yüksəlsə də, bu mərhələdə İngiltərənin “Kristal Pelas” komandasına məğlub olaraq mübarizəni dayandırıb.






