Konqo Demokratik Respublikası millisi İngiltərə ilə matçda uğur qazanacağına inanıb.
Futbolinfo.az xəbər verir ki, bunu Afrika təmsilçisinin baş məşqçisi Sebastyen Desabr İngiltərəyə qarşı DÇ-2026-nın 1/16 final mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis uduzduqları qarşılaşmanı şərh edib:
“Məyusuq, çünki uğur qazanacağımıza həqiqətən inanırdıq. Yaxşı oyun keçirdik. Matçın sonlarına yaxın rəqib komandaya iki qol epizodu verdik. Nəticədə dünyanın ən yaxşı futbolçularından biri bundan yararlanaraq qapımızdan iki qol keçirdi. Təəssüf ki, sonluq belə oldu. Buna baxmayaraq, futbolçularımızı göstərdikləri oyuna görə təbrik etməliyik. Belə güclü rəqiblərə qarşı oynamaq onlara çox böyük təcrübə qazandırdı.
Konqo DR futbolu məhz bu cür formalaşır. Ola bilsin ki, bir qədər təcrübə çatışmadı, amma futbolun təbiəti də budur. Biz öyrənirik, inkişaf etməyə davam edirik”.
İngiltərə Konqo seçməsinə 2:1 hesabı ilə qalib gələrək 1/8 finala adlayıb.
