UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Sabah” Uelsin TNS komandası ilə qarşılaşır.

“Bayquşlar” 2-ci təsnifat mərhələsinə yüksələrsə, onların qarşılaşacağı komanda artıq bəllidir.

Finlandiyanın KuPS komandası “Vardar”a 2:3 hesabla məğlub olsa da, iki oyunun cəmində 4:3 hesabla qalib gəlib və nəticədə 2-ci təsnifat mərhələsinə yüksəlib.

Beləliklə, “Sabah” növbəti mərhələyə yüksələrsə, rəqibi məhz KuPS olacaq.

Shares: