UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Sabah”la qarşılaşacaq “Mançester Yunayted”in heyətində bəzi itkilər var.
Futbolinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərə klubunda 3 oyunçunun qarşıdakı görüşü buraxacağı dəqiqdir. Bunlar qapıçı Tom Hiton, yarımmüdafiəçilər Karlos Baleba və Manuel Uqartedir.
Uqarte dizindəki zədə ucbatından uzun müddətə sıradan çıxıb. Hiton yay fasiləsində bud əzələsindən xəsarət alıb və yaşıl meydanlara dönəcəyi tarix hələ bəlli deyil. Topuğundan zədəli olan Balebanın isə ən yaxşı halda milli komandaların oyunlarından sonra yeni komandasında debüt etməsi gözlənilir.
Əvəzində hücumçu Markus Reşford “Sabah”la matça hazır olacaq. Müdafiəçi Mattiys de Liqt və digər hücumçu Amad Diallonun durumu qeyri-müəyyəndir. Hər iki oyunçu zədəsini yenicə sağaldıb.
Qeyd edək ki, sentyabrın 10-da “Old Trafford” stadionunda keçiriləcək “Mançester Yunayted” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

