Dünya futbolu
Riberinin Dubay arzusu
Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəç…
Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Frank Riberi gələcək karyerası haqda danışıb. Futbolinfo.az xəbər verir ki, fransalı futbolçu açıqlamasında "Bavariya"dan ayrıldıqdan sonra qitəni tərk edəcəyini bildirib:
"Avropada "Bavariya"dan başqa bir klubda oynamaq istəmirəm. Ancaq "Bavariya"dan sonra Amerika və ya Dubaya gedərək, fərqli bir macəra yaşaya bilərəm. Münhen təmsilçisinə böyük hörmətim var. Məni bu səviyyəyə gətirdikləri üçün onlara minnətdaram".
Qeyd edək ki, Riberinin "Bavariya" ilə müqaviləsi 2017-ci ilin iyun ayında başa çatacaq.