Ölkə futbolu
Müdafiəçimiz oynadı, komandası 4 qol buraxdı
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 18-ci turun oyunla…
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 18-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Rail Məlikovun çıxış etdiyi "Dənizlispor" doğma arenada "Adana Dəmirspor"la qarşılaşıb.
Oyun qonaqların 3:4 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Məlikov isə sona qədər mübarizə aparıb.
Qeyd edək ki, hazırda "Dənizlispor" 17 xalla turnir cədvəlinin 15-cü pilləsində qərarlaşıb.