Dünya futbolu
Millinin sabiq üzvü karyerasını bitirdi
Ukrayna millisinin sabiq futbolçusu Andrey Voronin peşəkar ka…
Ukrayna millisinin sabiq futbolçusu Andrey Voronin peşəkar karyerasını başa vurmaq qərarına gəlib. Futbolinfo.az xəbər verir ki, 35 yaşlı futbolçunun agenti Andrey Qolovaş bu haqda rəsmi açıqlama verib:
“2010-14-cü illər arası “Dinamo”da (Moskva) çıxış edən futbolçu 80 oyuna 22 qol vurub. 9 dekabr 2013-cü ildə isə futbolçu onurğasından ciddi zədə alıb. Cenevrədə keçirilən əməliyyatdan sonra biz həkimlərlə məsləhətləşdik. Voroninə ağır olsa da, o, azarkeşlərlə sağollaşmağı bacardı”.