Premyer-liqa
Əhmədov: "Oyundan sonra futbolçularıma dedim ki…"
Bu gün Topaz Premyer Liqasında 22-ci tura start verilib. Futboli…
Bu gün Topaz Premyer Liqasında 22-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Sumqayıt" doğma arenada AZAL-la 0:0 bərabərə qalıb.
"Kapital Bank Arena"da baş tutan oyundan sonra keçirilən mətbuat konfransında Bakı klubunun baş məşqçisi Tərlan Əhmədov səfərdəki heç-heçəni belə şərh edib:
“Sumqayıta 3 xal üçün gəlmişdik. Amma 1 xal qazandıq. Bundan öncəki 3 oyunda yaxşı mübarizə aparmışdıq. Bu gün qalib gəlməli olduğumuz oyunda 1 xalla kifayətləndik. Etiraf edim ki, mübariz komandaya qarşı oynadıq. “Sumqayıt”la qış fasiləsi zamanı yoldaşlıq görüşləri keçirmişdik. Bu mənada oyunçularım bir az arxayın idilər. Matç başa çatdıqdan sonra futbolçularla söhbət etdim. Dedim ki, bu matçı unudub, “İnter”lə oyuna hazırlaşmalıyıq. Edu zədəlidi, Nicat Qurbanov da sıradan çıxdı. Əgər Nicat olsaydı, meydançaya başqa heyət buraxacaqdım”.
(pfl.az)
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Premyer-liqa2024-05-11 18:55
“Araz-Naxçıvan” “Turan Tovuz”a uduzdu
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”