Premyer-liqa
Aqil Məmmədov hansı futbolçularından şikayətləndi?
Bu gün Topaz Premyer Liqasında 22-ci tura start verilib. Futbo…
Bu gün Topaz Premyer Liqasında 22-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Sumqayıt" doğma arenada AZAL-la 0:0 bərabərə qalıb.
"Kapital Bank Arena"da baş tutan oyundan sonra keçirilən mətbuat konfransında Sumqayıt klubunun baş məşqçisi Aqil Məmmədov evdəki heç-heçəni belə şərh edib:
“Bakı” ilə oyundan sonra futbolçularda bir qədər ruh düşkünlüyü vardı. Bilirdim ki, AZAL ilə matç bizim üçün çətin olacaq. Sevindirici haldır ki, ardıcıl 3 oyundu qol buraxmırıq. Müdafiəçilərdən razı, hücumameyilli oyunçulardan narazıyam. Deyərdim ki, bu gün nəticə oyuna görə oldu”.
(pfl.az)