Ölkə futbolu
Kamran Ağayevin komandası hücumçumuzu məyus etdi
Türkiyə PTT 1-ci Liqasında 20-ci turun oyunları keçiril…
Türkiyə PTT 1-ci Liqasında 20-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, milli komandamızın qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" da növbəti matçına çıxıb.
"Sarı-qırmızılar" doğma arenada yığmamızın sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor"la üz-üzə gəlib. Oyun ev sahibi komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Hər iki futbolçumuz ilk "18-liy"ə düşsə də yalnız Subaçiç oyunun 80-ci dəqiqəsində meydana çıxa bilib.
Qeyd edək ki, "Kayserispor" 43 xalla 1-ci, "Manisaspor" isə 17 xalla 17-ci yerdə qərarlaşıb.