Premyer-liqa
Uzunca: "Futbolçularım soyunub-geyinmə otağında ağlayırlar"
Bu gün Topaz Premyer Liqasında 22-ci tura start verilib. Futbol…
Bu gün Topaz Premyer Liqasında 22-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, "İnter" doğma arenada "Bakı"nı 4:0 hesabı ilə məğlub edib.
"İnter Arena"da baş tutan oyundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi İbrahim Uzunca məğlubiyyəti belə şərh edib:
“Çətinliklərimiz var. Erkən buraxdığımız qollar bizi çox çətin vəziyyətə salır. Sadəcə qol epizodlarında səhvlərimiz var. Gənc oyunçuların yetişməsində bizə hər kəs köməklik etsin. Mən demirəm ki, bizim komandaya yardım etsinlər. Sadəcə, penalti epizodunda bir qədər diqqətli olsunlar. Düşünürəm ki, “İnter”in bizi məğlub etməsi üçün penaltiyə ehtiyacı yoxdu. Biz əziyyət çəkirik. Ardıcıl məğlubiyyətlər futbolçularıma pis təsir edir. Soyunub-geyinmə otağında ağlayırlar”.
(pfl.az)