Premyer-liqa
Sxadadze şikayətləndi
Bu gün Topaz Premyer Liqasında 22-ci tura start verilib. Futbo…
Bu gün Topaz Premyer Liqasında 22-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, "İnter" doğma arenada "Bakı"nı 4:0 hesabı ilə məğlub edib.
"İnter Arena"da baş tutan oyundan sonra keçirilən mətbuat konfransında ev sahibi komandanın baş məşqçisi Kaxaber Sxadadze qalibiyyəti şərh edib.
Gürcüstanlı mütəxəssis oyun qrafikindən də şikayətlənib: “Hər birimiz bilirik ki, “Bakı”nın problemləri var. Biz sərbəst şəkildə oyuna çıxmalı idik. Oyunun əvvəlində qol vura bildik. Futbolçularımın 4 qol vurması məni sevindirir. Amma bir məsələ də var ki, 2 qol vurduqdan sonra oyunçularım ötürmələrdə səhvlər edirdilər. Qarşıda bizim çox çətin oyunlarımız var, qrafik sıxdı”.
(pfl.az)
- Premyer-liqa2024-05-11 18:55
“Araz-Naxçıvan” “Turan Tovuz”a uduzdu
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Premyer-liqa2024-05-11 09:00
“Araz-Naxçıvan” “Turan Tovuz”a, “Zirə” “Qarabağ”a qarşı
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var