Dünya futbolu
“Mançester Yunayted” hücumçusunu itirdi
İngiltərənin “Mançester Yunayted” klubu heyətin…
İngiltərənin “Mançester Yunayted” klubu heyətində ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, komandanın hollandiyalı hücumçusu Robin van Persi haqda həkimlər mənfi xəbər verib.
Belə ki, “Suonsi” ilə matçda xəsarət alan forvardın təxminən 3 həftə meydandan kənarda qalacağı açıqlanıb. Onun son diaqnozu zədələnmiş nahiyənin şişkinliyi keçdikdən sonra qoyulacaq. Hazırda şişkinlik səbəbindən dəqiq araşdırma aparıla bilmir. Bununla da van Persinin “Arsenal” və “Tottenhem”lə vacib matçlarda olmayacağı dəqiqdi.