Ölkə futbolu
Tovuzda üsyan: Baş katibdən ölkə başçısına şikayət olundu
Elxan Məmmədovun bir gün öncə ölkə mətbuatına ver…
Elxan Məmmədovun bir gün öncə ölkə mətbuatına verdiyi açıqlama tovuzlu azarkeşləri olduqca hiddətləndirib. Futbolinfo.az xəbər verir ki, baş katibin “Turan”ı ləkələdiyini bildirən fanatlar şəhər stadionunun qarşısında aksiya da keçiriblər.
Məmmədovun “Turan” – “Neftçi” oyunu haqda danışması və onun açıq şəkildə ev sahibi komandanı oyun satmaqda günahlandırmasının məntiqsiz olduğunu qeyd edən azarkeşlər, “belədisə “Neftçi” niyə çempionatda iştirak edir”, “bu, sübüt olunubsa, niyə cinayətkarlar cəzasız qalıblar?”, “Elxan Məmmədov başçılıq etdiyi qurumda dediyi kimi oyun alveri varsa və o, bunun qarşısını ala bilmirsə, utanmadan açıq şəkildə etiraf edirsə, bəs onda o nəyə lazımdı?” kimi suallar ünvanlayıblar. “Futbolun inkişafına çalışmaqdansa, milli komandalara lazımsız türkiyəli, dağıstanlıları doldurmaq, Premyer Liqanı 9 komanda ilə keçirmək, oyun alverini bilə-bilə cəzasız qoymağın özü elə əsl cinayətdi” deyən fanatlar yerli televiziya kanalını da aksiyaya dəvət ediblər.
Kanala danışan fəal azarkeşlər, iş görməkdənsə boş-boş danışan baş katibin “Turan” və “Neftçi” azarkeşlərinə qara yaxdığını və ictimaiyyət qarşısında onlardan rəsmi şəkildə üzr istəmələrini tələb ediblər.
Sonda azarkşelər ölkə başçısı İlham Əliyevə, Mehriban Əliyevaya, AFFA prezidenti Rövnəq Abdullayevə, Milli Məclisə, eləcə də tovuzlu deputatlara rəsmi şəkildə etiraz məktubu ünvanlayıblar.
(Komanda.az)