Dünya futbolu
Türkiyə millisində qalmaqal
Türkiyə millisinin Almaniyadakı təlim-məşq toplanışı zama…
Türkiyə millisinin Almaniyadakı təlim-məşq toplanışı zamanı arzuolunmaz hadisə yaşanıb. Futbolinfo.az xəbər verir ki, iki azarkeş gizlicə məşq bazasına girərək qalmaqal yaradıblar.
“Beşiktaş” fanatı olan şəxslər məşqdə millinin “Fənərbaxça”lı üzvü Əmrə Belözoğluna ağır təhqirlər yazılmış plakatlar açıblar. Buna səbəb isə ötən həftə Superliqa çərçivəsində keçirilən “Fənərbaxça” – “Beşiktaş” (1:0) derbisində Əmrənin rəqib baş məşqçi Slaven Biliçlə mübahisə etməsi olub. Azarkeşlər plakatı açdıqdan sonra qaçıblar.
Qeyd edək ki, bütün bunlar yaşanarkən Belözoğlu isə məşqini davam etdirib.