Milli komanda
"Azərbaycanda potensial görməsəm, bu qədər iddialı danışmaram"
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki…
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki maraqlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, məşhur "Goal" saytına danışan xorvatiyalı çalışdırıcı yığmamızın inkişafı üçün əlindən gələni edəcəyini deyib:
"Azərbaycanın qrupdakı vəziyyəti heç də yaxşı deyil. Amma bu ölkədə potensial var. Burada futbola qayğı göstərirlər. Bu səbəbdən gələcəkdə daha yaxşı olacağını düşünürəm. Qrupumuzda güclü rəqiblər var. Mən demirəm ki, İtaliyaya və Xorvatiyaya qalib gələcəyik. Ən azından onlara qarşı ciddi mübarizə aparacağıq. Bundan əminəm. Mən milli komandanın baş məşqçisiyəm, 3 aydan 1 yığmanı oyuna çıxarıam. Buna görə də Azərbaycan çempionatını, gənc futbolçuları izləmək üçün çox vaxtım var. Potensial görməsəm, gələcək üçün bu qədər iddialı danışmaram. Əlimdən gələni edəcəm. Hər şeyi zaman göstərəcək".
Prosineçki sentyabrda Xorvatiyaya qarşı keçiriləcək oyunla bağlı da danışıb: "Təbii ki, mənim üçün xüsusi oyun olacaq. Azərbaycan adına Xorvatiyaya qarşı əlimdən gələni edəcəm. Futbolçularım da bu oyunda ən yaxşısını edəcəklər".
Qeyd edək ki, millimiz Prosineçkinin rəhbərliyi altında ilk rəsmi oyununu sabah AÇ-2016-ın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı keçirəcək.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-07 15:32
Şakir mövsüm bitən kimi “Sabah”a qayıdacaq
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Digər idman növləri2024-05-07 16:35
Bakı qran-prisi üçün marşalların təliminə başlanılıb