Premyer-liqa
Futbolçumuz üçün 6 dəqiqə
Almaniya 2-ci Bundesliqasında 27-ci turun oyunları keçirilib….
Almaniya 2-ci Bundesliqasında 27-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” də növbəti oyununa çıxıb.
Adıçəkilən komanda səfərdə "Alen"lə üz-üzə gəlib. Görüş 2:2 hesablı bərabərliklə başa çatıb. Ehtiyyat oyunçular skamyasında əyləşən Nazarov 84-cü dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, "Karlsrue" 45 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.