Bizi izləyin

Premyer-liqa

“Bakı” davası: Gərginlik son həddədi

Maddi problemlər içində boğulan “Bakı”da ö…

blank
Maddi problemlər içində boğulan “Bakı”da ötən gün münasibətlər pik həddə çatmışdı. Komandanın daxilində ikihakimiyyətlilik yaranmışdı.
Əldə etdiyimiz məlumata görə, istefa verən sabiq vitse-prezident Yaşar Seyidovun yenidən komandaya qayıtması klub daxilində heç də xoş qarşılanmayıb. Bundan başqa Seyidovun komandanın əziyyətini çəkən baş məşqçi İbrahim Uzuncanı istefaya göndərməsi, onun yerinə isə Novruz Əzimovu təyin etməsi özbaşınalıq kimi qəbul edilib. Yaşar bəy bu təyinatın klub prezidenti Hafiz Məmmədovun göstərişinə əsasən yerinə yetirildiyini desə də, sonradan məlum olub ki, komanda rəhbərinin mövcud məsələdən heç xəbəri belə yoxdu.
Məsələ burasındadı ki, “Qarabağ”la matça 3 saat qalmış vəziyyət normal imiş. Ta ki futbolçular bazaya gələnə qədər. 3 gün məşq etməyən futbolçular matça hazırlaşmaq üçün soyunub-geyinmə otağına yollananda fərqli mənzərənin şahidi olublar. Onlar komandanın sabiq çalışdırcısı Novruz Əzimov və əvəzedicilərin məşqçisi Qəhraman Əliyevi soyunub-geyinmə otağında görüb. Bundan başqa, istefası qəbul edilən Seyidov da onlarla birgə olub. Elə bu zaman Seyidov qısa iclas keçirərək komanda üzvlərinə bundan sonra “Bakı”ya Novruz Əzimovun başçılıq edəcəyini deyib. Bu zaman da futbolçularla Seyidov arasında söz atışması olub. Bu qərardan narazı olan futbolçulara Seyidov “narazı olan çıxıb gedə bilər” söyləyib.
Məcburi iclas zamanı bu qərara qarşı çıxan futbolçularla Seyidov arasında gərgin dəqiqələr yaşanıb. Əzimov heyəti qurmaq istəyəndə isə aləm bir-birinə dəyib. Belə ki, Seyidovun təyin etdiyi baş məşqçi komandanın əsas heyət üzvləri Vüqar Bəybalayev, Nurlan Novruzov, Jaba və Georgios Pelagiosun ilk “11-lik”də meydana çıxmayacağını deyib. Novruz bəyin bu sözləri futbolçuların narazılığına səbəb olub. Əzimov da Seyidov kimi “narazı olanlar çıxıb gedə bilər” deyib. Bu zaman 2-3 futbolçu soyunub-geyinmə otağını tərk edəndə komandanın bütün üzvləri birlik göstərərək, oranı tərk edib. Braziliyalı Jaba isə bu söz-söhbətdən bezərək, avtomobilinə əyləşərək bazadan ayrılıb, evinə yollanıb. Bütün bu olanları futbolçu özünə hörmətsizlik kimi qəbul edib.
Baş verən hadisələr klubun sabiq vitse-prezidenti, Hafiz Məmmədovun qardaşı Zeynal Məmmədovun qulağına çatdırılıb və uzun aradan sonra o, “Bakı”nın bazasına gəlib. Komanda üzvlərini qəbul edən Zeynal bəy mövcud problemi onların dilindən eşidib, günahkarı aşkarlayıb və öz tərzincə lazım olan tədbiri görüb. Məmmədov Seyidovun ikili oyun oynamasını qınayıb. Futbolçuları bir gün sonra şəxsən qəbul edəcəyini deyən Məmmədov oyunçulardan “Yaşar Seyidovun komandanın işlərinə qarışmasını istəmirik” cümləsini də eşidib. Onlar Zeynal bəyin diqqətinə “əgər Seyidov bir də soyunub-geyinmə otağımıza daxil olsa, nə məşqə, nə də oyuna çıxacağıq” deyib. Onları arxayın edən Məmmədov futbolçulara yenidən soyunub-geyinmə otağına yollanması deyib. Geri qayıdan “Bakı”nın üzvləri elə oradaca Əzimova qarşı kobud rəftar nümayiş etdirməyə məcbur olublar. Əzimovu soyunub-geyinmə otağından qovan futbolçular bundan başqa əvəzedicilərdən heyətə cəlb olunmuş gənc oyunçulara da sərt üzlərini göstəriblər.
Bu plan “Qarabağ”la oyundan bir gün əvvəl qurulub. Belə ki, adı sifariş ərizəsinə daxil edilən əvəzedicilərin futbolçuları axşam bazada saxlanılıb. Onlara sabah “Qarabağ”a qarşı oynayacaqları deyilib. Yaşar Seyidov soyunub-geyinmə otağında olarkən əsas komandanın üzvlərinə “Onsuz siz də meydana çıxsaz “Qarabağ” qapınıza 6-7 qol vuracaq. Fərqi nədi ki? Ondansa gənclər oynasın” deməsi futbolçuları lap özündən çıxarıb. Buna görə də sona qədər meydanda vuruşacaqlarına dair bir-birilərinə söz veriblər.
Olub-bitəni dəqiqləşdirmək üçün Seyidovun da məsələyə münasibətini öyrənmək istədik. Amma Yaşar bəyi ağdamlılarla oyundan sonra “gördüm” deyən olmadı.
Qısası, istefa verməsindən və onun bu xahişi Hafiz Məmmədov tərədindən qəbul olunandan sonra Yaşar Seyidovun “Bakı”nın işlərinə müdaxilə etməsi bazada heç də xoş qarşılanmır. Bunun da bir sıra səbəbləri var. İş burasındadı ki, futbolçular arasında maaşlarının verilməməsində Seyidovu qınayanların sayı çoxluq təşkil edir. Qapıçı Aqil Məmmədov, müdafiəçi Əziz Quliyev və yarımmüdafiəçi Rəhman Hacıyevin transferindən gələn gəlirin hara xərcləndiyi də onlarda böyük şübhə yaradır.
Təbii ki, bütün bunlar yalnız adının çəkilməsini istəməyən futbolçulardan eşitdiklərimizin xülasəsidi. Vəziyyət fərqli də ola bilər və bunun üçün Seyidovla Əzimovun da danışması lazımdı. Xüsusilə, İbrahim Uzuncanın dünənki ittihamlarından sonra buna çox ehtiyac var. Amma “Bakı”da kluba sahib olmaq uğrunda müharibənin getdiyi dəqiqdi. Yaşar bəyi qınayanlar ola bilər, ancaq unutmayaq ki, o, faktiki yiyəsiz qalmış klubun ayaqda qalmasını təmin edən yeganə şəxsdi. Məmmədovlar həqiqətən söz sahibidilərsə, ortaya çıxmalı, problemə aydınlıq gətirməlidilər. Amma onlar Zeynal bəyin timsalında qəfil gözə görünüb itirlər. Halbuki, Hafiz bəyin qardaşı komandanın taleyindən narahatdısa, onun qayğısına da qalmalıdı. Yoxsa ki, gəlib bir-iki tənqid yağdırıb, yalançı vəd verməklə deyil.
Seyidov artıq 2 ildi yiyəsiz yetimə baxırmış kimi davranır. Hafiz bəydən ümidi kəsildiyi üçün onun başqa yerdə dayaq axtarması, AFFA-ya üz tutması başadüşüləndi. Təlim-məşq bazasının işığı, suyu kəsiləndə ilim-ilim itən Zeynal bəyin birdən peyda olması da maraqlı faktdı. Bəlkə də Yaşar bəy həqiqətən ikili oyun oynayır. Lakin bunun da səbəbkarı Hafiz Məmmədovdu. Görün klubda necə yiyəsizlikdi ki, sabiq vitse-prezident məşqçi dəyişməyə cəhd edir.
EMİN SƏFƏROV
Reklam

Reklam


blank
Premyer-liqa2024-05-12 16:22

“Qəbələ” “Sabah”a qarşı – YENİLƏNİR

blank
Milli komanda2024-05-12 15:31

Millimiz iki yoldaşlıq görüşü keçirəcək

blank
Digər idman növləri2024-05-12 15:00

Muradlı Avstriyada qalib oldu, Məmmədyarov üçüncü yeri tutdu

blank
Dünya futbolu2024-05-12 14:33

“Real” rekordunu təkrarladı

blank
Dünya futbolu2024-05-12 14:00

Səudiyyə Ərəbistanında çempion bəlli oldu

blank
Dünya futbolu2024-05-12 13:28

Messinin 11 oyunluq seriyası başa çatdı

blank
Digər idman növləri2024-05-12 13:00

Təbriz klubundan növbəti qələbə

blank
Dünya futbolu2024-05-12 12:44

Hüseynovlu “Arda”dan əzmkar qələbə

blank
Digər idman növləri2024-05-12 12:26

IWF prezidenti Azərbaycanda ağırlıqqaldırmanın infrastrukturu ilə tanış olacaq

blank
Digər idman növləri2024-05-12 12:00

“Ümid edirəm finalda yaxşı oyun sərgiləyəcəyik”

blank
Digər idman növləri2024-05-12 11:29

Azərbaycanın daha dörd cüdoçusu “Böyük Dəbilqə”də mübarizəyə başlayır

blank
Digər idman növləri2024-05-12 11:00

Qadın güləşi tarixində ilk: “Allaha şükür edirəm”

blank
Ölkə futbolu2024-05-12 10:36

Mahir Xorvatiya çempionu oldu

blank
Digər idman növləri2024-05-12 09:29

Azərbaycan yığmasından Burqasda qızıl medal

blank
Premyer-liqa2024-05-12 09:00

“Qəbələ” “Sabah”a, “Sumqayıt” “Səbail”ə qarşı

blank
Ölkə futbolu2024-05-12 08:45

Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var

blank
Digər idman növləri2024-05-12 08:22

Bakıdakı Dünya kuboku rekordla başa çatdı

blank
Ölkə futbolu2024-05-12 08:00

Cəlilov – Ağayev duetinin “Zirə əməliyyatı”

blank
Dünya futbolu2024-05-12 02:23

“Real”dan darmadağın

blank
Dünya futbolu2024-05-12 02:00

“Napoli” uduzdu, “Milan” darmadağına sevindi

blank
Dünya futbolu2024-05-12 01:41

“Borussiya” darmadağına üzüldü

blank
Dünya futbolu2024-05-12 01:21

“Mançester Siti” və “Çelsi” səfərdə, “Tottenhem” evdə qələbə qazandı

blank
Dünya futbolu2024-05-12 01:00

Şeydayevlə İsgəndərlinin komandası pley-offda

blank
Premyer-liqa2024-05-12 00:45

“Qəbələ” ilə “Sabah”ın 27-ci dueli

blank
Dünya futbolu2024-05-12 00:31

Həsənalızadənin komandası 1-ci Liqaya vida etdi

blank
Ölkə futbolu2024-05-12 00:15

“Qəbələ”də bir itki

blank
Digər idman növləri2024-05-11 23:59

Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-05-11 23:47

Azərbaycan atleti Daşkənddə ikinci oldu

blank
Digər idman növləri2024-05-11 23:30

Karateçilərdən Avropa çempionatında 3 medal

blank
Digər idman növləri2024-05-11 23:15

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm