Premyer-liqa
PFL və "Topaz": Bu dəfə bizə də pay düşdü – FOTO
Peşəkar Futbol Liqası və "Topaz"ın təşəbbüs&uum…
Peşəkar Futbol Liqası və "Topaz"ın təşəbbüsü ilə jurnalistlər üçün bölgələrdə keçirilən oyunları işıqlandırmaq imkanı yaradılır. Futbolinfo.az xəbər verir ki, eyni zamanda, oyunun nəticəsini düzgün tapan KİV nümayəndələri pul mükafatına layiq görülür.
Bu dəfə Topaz Premyer Liqasının 25-ci turunda keçirilən “Qəbələ” – “Sumqayıt” (2-0) matçının nəticəsini düzgün qeyd etmiş 5 jurnalist – İlkin Xəlilov (ATV), Mərdan Həsənov (“Newsport.az), Sərxan Musalı (Futbol+), Zamin Allahverdiyev (Futbolinfo.az) və Kamran Hacı (Allsport.az) mükafatlandırılıb. Nəzərdə tutulmuş 1000 manat mükafat fondu qaliblər arasında bölünüb.