Bizi izləyin

Premyer-liqa

Lənkəranda "Böyük oyun", Qəbələdə Avroliqa savaşı

Sabah Topaz Premyer Liqasının 29-cu turuna start veriləcək. Futbol…

blank
Sabah Topaz Premyer Liqasının 29-cu turuna start veriləcək. Futbolinfo.az xəbər verir ki,  4 matçdan 1-i paytaxtda, 1-i Sumqayıtda, digərləri isə əyalətdə keçiriləcək. “Araz-Naxçıvan” çempionatı yarımçıq tərk etdiyi üçün bu dəfə “İnter” istirahət edəcək. 
Bu tur “Böyük oyun”la yadda qalacaq. Belə ki, “Xəzər Lənkəran” öz meydanında “Neftçi”ni qonaq edəcək. Bu duel əvvəlki əzəzmətini itirsə də, yenə də matçın  gərgin keçəcəyini düşünmək olar. Həmçinin budəfəki qarşılaşma Bakı təmsilçisinin yeni rəhbərlik altında ilk “Böyük oyun”u olacaq. Komandalar nə qədər uğursuz dönəmlərini yaşasa da, derbi ab-havası başqadı. Ona görə də, hansısa komandanın favorit olduğunu demək bir az çətindi. Lənkəranlılar əvvəlki iddialarından uzaq olsalar da, bakılılar da bu matça böyük itkilərlə çıxacaqlar. Belə ki, müxtəlif səbəblərdən flaqmanın 7 oyunçusu bu matçı buraxacaqlar ki, bunlardan biri də qış fasiləsinədək “gəmiçilər”in heyətində çıxış etmiş Rauf Əliyevdi. Son turda Zaqatalada qalmaqala səbəb olduğuna görə sabiq "Xəzər Lənkəran"lı Julius Vobayın cənublu fanatlar tərəfindən necə qarşılanacağı maraq doğurur. Hər halda, söz-söhbətlərə görə, Zaqatalada yerli publikaya ədəbsiz jest etdiyi iddia olunan hücumçunun heç də isti qarşılanmayacağı deyilir. Həmçinin, “ağ-qaralar” səfərdə bu rəqibinə qarşı keçirdiyi oyunlarda ancaq 2 dəfə 3 xala sevinə bilibsə, bakılıların qonaq qismində son qələbəsindən 8 il keçir. Ümumilikdə isə Arif Əsədovun yetirmələri son 7 görüşdə əyalət təmsilçisinə məğlub olmur. Cari mövsümdə artıq 4-cü dəfə üzləşəcək komandaların bundan əvvəlki duellərində flaqman rəqibindən 7 xal almağa müvəffəq olub. Ümumiyyətlə, rəqiblər indiyədək 32 dəfə qarşılaşıblar. Bu oyunlardan 7-də Lənkəran təmsilçisi, 12-də isə “Neftçi” qalib gəlib. 13 görüşdə isə tərəflər meydandan 1 xalla ayrılıb. “ağ-yaşıllar”ın vurduğu 25 qola, rəqib 36 qolla cavab verib. 
Günün digər maraq doğuran qarşılaşmalarından biri isə “Bakcell Arena”da baş tutacaq. Lideri “Qarabağ”la AZAL arasında oynanılacaq. Ötən tur gözlənilmədən autsayder “Bakı” ilə matçda xal itirən ağdamlıların əsas məqsədi, “İnter”in bu turda meydana çıxmamasından istifadə edib, qalib gəlməklə aradakı xal fərqini artırmaqdı. Keçirdiyi son 2 görüşü bərabərliklə başa vurmağına baxmayaraq, Qurban Qurbanovun yetirmələrini bu qarşılaşmanın favoriti saymaq olar. Əlavə olaraq, Ağdam təmsilçisi son 5 görüşdə bu rəqibinə qalib gəlib. Əks düşərgədə isə vəziyyət fərqlidi. Oynadıqları son 2 matçda birbaşa rəqiblərinə məğlub olan “təyyarəçilər”in artıq bu mövsüm heç nəyə iddiası qalmadığını da demək olar. Axırıncı turda “Qəbələ”dən alınan böyükhesablı məğlubiyyətin komandaya nə dərəcədə təsir edəcəyi maraqlıdı. Bəlkə də, hədəflərindən uzaqlaşması bu görüşdə komandanın xeyrinə işləyən amil oldu. Rəqibindən fərqli olaraq şüvəlanlıların artıq itirməyə heç nəyi yoxdu və bu belə olan təqdirdə futbolçuların üzərinə düşən təzyiqi də azaldır. Bu da Tərlan Əhmədovun yetirmələrinin matça sərbəst, arxayın şəkildə çıxmasına səbəb ola bilər. Həmçinin, qonaqların aparıcı futbolçularının cəza müddətini başa vurub, geri qayıtması da “təyyarəçilər”in gücünə güc qatacaq. Cari mövsümdə baş tutan 3 görüşdə rəqibindən maksimum xal alan “atlılar”, ümumiyyətlə indiyə kimi "təyyarəçilər"lə oyunların cəminə görə də üstündü. Belə ki, keçirilən 25 oyunun 14-də meydan sahibləri, 5-də isə şüvəlanlılar qalib gəlib. 6 qarşılaşmada isə bərabərlik qeydə alınıb. Elə topların fərqində də birincilərin üstünlüyü var – 32:23. 
Autsayderlər isə Sumqayıtda üz-üzə gələcəklər. Şəhərin eyni adlı komandası yerli publika önündə “Bakı”nı sınağa çəkəcək. Qış fasiləsindən sonra qələbəyə həsrət qalan hər 2 komanda bu uğursuz sindiroma son qoymaq üçün vuruşacaqlar. Təxminən eyni gücdə olan rəqiblərdən kimisə favorit kimi qabartmaq çətindi. Başı qalmaqallardan açılmayan qonaq komandanın son turda lider “Qarabağ”la oyunda qazandığı 1 xal “zolaqlılar”ın az da olsa əhval-ruhiyyəsini qaldırmasına səbəb ola bilər. Bəlkə də, bu oyun hər 2 komandanın mövsüm sonunadək olan periodda qalib gəlmək üçün son şansıdı. Cari mövsümdə oynanılan 3 qarşılaşmada “kimyaçılar” rəqibindən 5 xal ala biliblər. Ümumilikdə tərəflər arasında baş tutan 11 oyunda "kimyaçılar" 2,  bakılılar isə 4 qələbə ilə fanatlarını sevindirə biliblər. Qalan 5 matçda isə bərabərlik qeydə alınıb. "Gənclər şəhəri" təmsilçisi bu matçlarda 7 dəfə qol vura bilibsə, rəqib komanda 9 dəfə fərqlənə bilib. 
Turun son qarşılaşması isə əyalətdə baş tutacaq. "Qəbələ" “Simurq”u qəbul edəcək. Avrokuboklara vəsiqə verən 4-cü yer uğrunda mübarizə aparan hər iki komandanın duelində aşkar favorit yoxdu desək, yanılmarıq. “Qırmızı-qaralar” son 5 görüşdə rəqiblərinə qalib gəlsə də, ötən ay kubok yarışında zaqatalalılara qarşı öz meydanında aldığı sarsıdıcı məğlubiyyət meydan sahiblərinin gözünü qorxuda bilər. Ancaq Qəbələ təmsilçisi qalib gələcəyi təqdirdə xal fərqini 5-ə yüksəltəklə iddiasına çatmaq baxımından çox böyük üstünlük əldə edə bilər. Təbii ki, onlar Zaqatala təmsilçisinin kubokda uğursuzluğa düçar olmasını da arzulamalıdı. Son turda “Neftçi”yə məğlub olan “sarı-qaralar” da ölkə kubokunu qazanmağın çox çətin olduğunu başa düşərək, bu görüşdə var gücünü meydanda qoyub, qalib gəlməklə ötən tur itirdikləri 4-cü pilləyə qayıtmağa cəh edəcəklər. Bu mövsüm ölkə çemionatı çərçivəsində tərəflər arasında keçirilən 3 görüşdə komandalar hərəyə 1 qələbə qazanıbsa, 1 qarşılaşmada dəbəarbərlik qeydə alınıb. Ümumilikdə indiyədək  keçirilən 25 oyundan hər komanda 9 qələbə qazana bilib.  Qalan 7 matçda bərabərlik qeydə alınıb. Qəbələlilərin vurduğu 25 qola rəqib 24 top vurmaqla cavab verib.
Topaz Premyer Liqası
29-cu tur
 
9 aprel (cümə axşamı)
17:00. “Xəzər Lənkəran” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mübariz Haşımov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Əhmədağa Cabbarov
“Xəzər Lənkəran” mərkəzi stadionu
17:00. “Qarabağ” – AZAL
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rəvan Həmzəzadə,  Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Xəlil Xəlilov, Etibar Həsənov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Məlik Həsənov
“Bakcell Arena”
17:00. “Sumqayıt” – “Bakı”
Hakimlər: Ramil Diniyev, Cavanşir Yusifov, Coşqun Həsənov, Nail Nağıyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Rövşən Əhmədov
“Kapital Bank Arena”
19:00. “Qəbələ” – “Simurq”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Munis Abdullayev, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Telman Əzizov
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-13 01:50

“Atletiko”dan çətin qələbə

blank
Dünya futbolu2024-05-13 01:33

PSJ doğma meydanda uduzdu

blank
Dünya futbolu2024-05-13 01:07

“Yuventus” autsayderlə də bacarmadı

blank
Dünya futbolu2024-05-13 00:51

“Bayer”dən darmadağın, “Bayern”dən inamlı qələbə

blank
Dünya futbolu2024-05-13 00:33

“Arsenal” “Mançester Yunayted”ə qalib gəldi

blank
Dünya futbolu2024-05-13 00:06

Renat qol vurdu, Şahruddin 6 top buraxdı, liderlər qalib gəldilər

blank
Digər idman növləri2024-05-12 23:25

Azərbaycan atleti Özbəkistanda qızıl medal qazandı

blank
Digər idman növləri2024-05-12 23:06

Azərbaycan çempionatında ilk medalçı bəlli oldu

blank
Premyer-liqa2024-05-12 22:47

“Futbolçular psixoloji olaraq çox yüklənib” – Samir Abasov

blank
Premyer-liqa2024-05-12 22:28

“Sumqayıt”dan daha yaxşı oynadıq” – Diniyev

blank
Premyer-liqa2024-05-12 22:09

“Səbail” “Sumqayıt”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-12 21:47

“Qəbələ”də 250-ci oyun

blank
Premyer-liqa2024-05-12 21:26

“Sumqayıt” “Səbail”ə qalib gəldi

blank
Premyer-liqa2024-05-12 20:47

“Oyuna nəzarət edirdik” – Sxadadze

blank
Premyer-liqa2024-05-12 20:01

“Çoxlu səhvlərə yol verdik” – Renduliç

blank
Premyer-liqa2024-05-12 19:48

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Dünya futbolu2024-05-12 19:21

Ertuğrul Sağlam yenidən Ramil Şeydayevin komandasında

blank
Premyer-liqa2024-05-12 18:58

“Qəbələ” “Sabah”a da qalib gəldi

blank
Dünya futbolu2024-05-12 18:00

Şeydayevin komandası baş məşqçisi ilə vidalaşdı

blank
Digər idman növləri2024-05-12 17:27

Qazi parakarateçilər ilk dəfə AÇ-də qızıl və gümüş medallar qazanıblar

blank
Digər idman növləri2024-05-12 16:54

Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazandı

blank
Milli komanda2024-05-12 15:31

Millimiz iki yoldaşlıq görüşü keçirəcək

blank
Digər idman növləri2024-05-12 15:00

Muradlı Avstriyada qalib oldu, Məmmədyarov üçüncü yeri tutdu

blank
Dünya futbolu2024-05-12 14:33

“Real” rekordunu təkrarladı

blank
Dünya futbolu2024-05-12 14:00

Səudiyyə Ərəbistanında çempion bəlli oldu

blank
Dünya futbolu2024-05-12 13:28

Messinin 11 oyunluq seriyası başa çatdı

blank
Digər idman növləri2024-05-12 13:00

Təbriz klubundan növbəti qələbə

blank
Dünya futbolu2024-05-12 12:44

Hüseynovlu “Arda”dan əzmkar qələbə

blank
Digər idman növləri2024-05-12 12:26

IWF prezidenti Azərbaycanda ağırlıqqaldırmanın infrastrukturu ilə tanış olacaq

blank
Digər idman növləri2024-05-12 12:00

“Ümid edirəm finalda yaxşı oyun sərgiləyəcəyik”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm