Ölkə futbolu
Yığmamız belə qalib oldu – VİDEO
16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bakıda təşki…
16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bakıda təşkil olunmuş UEFA-nın İnkişaf turnirinin qalibi olub. Futbolinfo.az xəbər verir ki, Bayıl stadionunda Yunanıstana qarşı keçirilən oyun 1:1 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən yığmamız 4:2 (ümumi nəticə – 5:3) hesabı ilə qalib gəlib.
Sizi həmin qarşılaşmadan hazırlanmış videoreportajla tanış edirik.