Dünya futbolu
Əli Gökdəmiri qovan istefaya göndərildi
Almaniyanın “Hannover-96” klubu türkiyəli baş mə?…
Almaniyanın “Hannover-96” klubu türkiyəli baş məşqçi Tayfun Korkutu istefaya göndərib. Futbolinfo.az xəbər verir ki, cari mövsüm bir çox oyunda qələbəyə həsrət qalan klub rəhbərliyi bu addımı atmağa vadar olub.
Son nəticələrdən sonra “Hannover-96” autsayderliyin bir addımlığına qədər geriləyib. Rəhbərlik həftəsonu “Hoffenhaym”la keçirəcəkləri növbəti tur oyununa kimi yeni baş məşqçinin adını açıqlayacaq. Bu posta namizədlər arasında Volker Fink və Peter Noyerin adı hallanır. Korkut 2014-cü ilin əvvəlindən alman klubunda çalışırdı.
Maraq üçün bildirək ki, hazırda "Simurq"da çıxış edən Azərbaycan millisinin üzvü Əli Gökdəmir də bir müddət əvvəl "Hannover-96"də çıxış edib. Onu Almaniya təmsilçisinindən məhz Korkut qovub.