Ölkə kuboku
Nildo: "Klubun daxili işinə qarışa bilmərəm"
Sabah Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunu &c…
Sabah Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində "İnter" doğma arenada "Neftçi"ni qəbul edəcək. Futbolinfo.az saytına danışan "bankirlər"in hücumçusu Junior Nildo sabahkı qarşılaşmada komandasının qalib gəlmək ehtimalının yüksək olduğunu deyib:
"Düzdü, bir qədər çətin olacaq. Amma, mən komandamıza inanıram. Zədə səbəbindən bu oyunu buraxacam. Komandama kömək edə bilməyəcəyimə görə məyusam. Əminəm ki, komanda yoldaşlarım finala çıxmaq üçün hər şey edəcəklər. Unutmayaq ki, bu, futboldu, hər bir nəticə ola bilər".
Braziliyalı forvard "İnter"dəki maliyyə problemi ilə bağlı verdiyi suala belə cavab verib: "Bu barədə danışmaq istəmirəm. Mən sadəcə, oynadığıma görə pul alıram. Klubun daxili işlərinə qarışa bilmərəm".